Azərbaycan

Mariya Zaxarova: “Erməni hərbçiləri Ağdam, Kəlbəcər və Laçından çıxarılır”

“Rusiyalı barışcılların yerləşdirilməsi davam edir, erməni nizamilərin Ağdam, Kəlbəcər və Laçın şəhristanlarından çıxarılması prosesi baş verir”. Bunu Rusiya Xarici İşlər vəzirliyinin sözçüsü Mariya Zaxarova həftəlik toplantıda deyib. “Bu mərhələdə insani məsələlər üzrə həll yollarını istəyir. Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim ilgi qurur, münaqişədən sonrakı nizamlama ilə bağlı işləri həmahəng edir. Razılaşmaların qeyd-şərtsiz icrasını təmin etmək vacibdir. Məmnuniyyətlə qeyd edirik ki, Rusiyanın vasitəçilik çabaları bu gün davamlı atəşkəsin əldə edilməsinə, eləcə də dinc həyata qayıtmaq yönündə önəmli addımlar atılmasına imkan yaradıb”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button