Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranın Həcc və Ziyarət Təşkilatının saytı hək edildi

"IR Leaks" haker qrupu İranın Həcc və Ziyarət Təşkilatının saytına hücum edib və təşkilatın 1984-2024-cü illər arası bütün məlumatlarını ələ keçiriblər.

Bu barədə haker qrupunun yaydığı məlumatda bildirilib.

Haker qrupunun üzvləri həcc ziyarətinə göndərilən dövlət məmurlarının məlumatlarını ələ keçirdiklərini və müzakirə aparmaq üçün onlara 24 saat vaxt verdiklərini, 24 saatdan sonra bu təşkilatın 1,25 terabaytlıq məlumatını satmaqla hədələyiblər.

“IR Leaks” haker qrupu ələ keçirdiyi məlumatlardan bəzilərinin fotosunu yayıb.

Məlumatlarda həcc ziyarətinə göndərilmələri nəzərdə tutulan
dövlət rəsmiləri, polis qüvvələri, “Bəsic” qüvvələri və din xadimlərinin tam adları və dəqiq kordinatları var.

İranın bir sıra media qurumları hökumət təşkilatının saytının haker hücumuna məruz qaldığını və sayta girişin mümkün olmadığını yazıblar.

Related Articles

Bir cavab yazın

Back to top button