Dünya

MAYIN 31-İ “TÜTÜNSÜZ DÜNYA GÜNÜ” DÜR

Dünya Sağlamlıq Təşkilatının təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il mayın 31-i Tütünsüz Dünya Günü kimi qeyd edilir.
1988-ci ildə Dünya Sağlamlıq Təşkilatının 42-ci içlasında 19 saylı qətnamə ilə təsis olunub. Bu günün qeyd olunması diqqəti tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün tolidinin miqyasının azaldılması üzrə yararlı siyasət aparmağa çağırır.
Aparılan araşdırmaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütünün ”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu qeyri-fəal siqaret istifadəçiləridir. Onu da qeyd etməyə dəyər ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. Dünya Behdaşt Təşkilatının məlumatına görə, tütündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox mərizlik, o cümlədən ürək-damar, ağciyər və səratan mərizlikləri daha da ağırlaşır.
Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən istifadə edənlərin üçdə ikisi siqaretin zərərlərindən xəbərsizdir. Hazırda bu asılılığın müxtəlif üsullarla müalicəsi var və hər bir yaşda ondan imtina etmək mümkündür.

Related Articles

Bir cavab yazın

Back to top button