İran

“MCS Aries” ekipajı tam azad edilməyib

İranın hökumət yönümlü “Tasnim” xəbər agentliyi Portuqaliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb ki, aprelin 13-də İran tərəfindən saxlanılan “MCS Aries” gəmisinin 25 ekipaj üzvündən 7-si azad edilib.

 Həmin şəxslərdən 5 hindistanlı, biri filippinli, biri isə estoniyalıdır.

Daha öncə İranın xarici işlər naziri Abdullahian estoniyalı həmkarı Tsaxkna ilə telefon danışığında “MCS Aries” gəmisinin ekipajının azad edilməsi ilə bağlı məlumat vermişdi.

Aprelin 13-də “Associated Press” agentliyi Hörmüz boğazı yaxınlığında SEPAH-nin israilli milyarderin gəmisini ələ keçirdiyi barədə məlumat yayıb. Daha sonra İran Xarici İşlər Nazirliyinin nümayəndəsi gəminin ələ keçirildiyini təsdiqləyib. O, buna səbəb kimi “qaydaların pozulmasını” göstərib və əlavə edib ki, İslam Respublikası “milli maraqlarını qorumaq çərçivəsində” hərəkət edib. Aprelin 14-də bu gəmidə Rusiya vətəndaşlarının olması barədə məlumat yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button