Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.
Bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9126-ya çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 617,4 mindən çox insanda koronavirus aşkar olunub, 465 min xəstə isə müalicə olunaraq sağalıb.