Dünya

MDB XİN başçıları İsrail və Fələstin arasında toqquşmaları dayandırmağa çağırıblar

“MDB Xarici İşlər Nazirliyinin (XİN) rəhbərləri İsrail və Fələstin arasındakı münaqişəni müzakirə edib və toqquşmaların dayandırılmasını zəruri sayıblar.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, MDB ölkələrinin nazirləri bu məsələ ilə bağlı ümumi mövqenin razılaşdırılması imkanlarını nəzərdən keçirə bilərlər.

“Rusiya ümid edir ki, münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra hər kəs Fələstin dövlətinin yaradılması məsələsinə ciddi yanaşacaq”, – Rusiya XİN başçısı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button