Dünya

Meksikada jurnalist qətli

Mekzikdə “PM Noticias” saytının baş müdiri Pablo Morruqares ölkənin cənub-qərbində yerləşən Guerrero əyalətində öldürülüb. Bu barədə insan hüquqları üzrə bölgəsəl komisiyon açıqlama verib. Məlumata görə, Morruqares İquala şəhərində restoranların birində qətlə yetirilib. Beləliklə, bu il Mekzikdə öldürülən jurnalistlərin sayı dörd nəfərə çatıb. Xatırladaq ki, son 20 il ərzində Latın Amerikası ölkəsində 150-dən çox media işçisi öldürülüb. Onlardan 10-u 2019-cu ildə qətlə yetirilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close