İran

Meşginşəhər xəstəxanalarında tibbi heyət çatışmazlığı

Meşginşəhər Vəliəsr Mərizxanasının Korona Mərizləri Bölməsinin tibbi təchizat və personelə ehtiyacı var. Bu barədə şəhristan fərmandarı Əkbər Səmədi tirin 24-də məlumat verib. Onun sözlərinə görə, “şəhristanın koronaya tutulma baxımdan vəziyyəti narıncıdır. Belə ki, korona bölməsində yatırılmış məriz adminlərin sayı 30 nəfərdən azdır. Ötən 2 ayda bu şəhristanda koronadan heç ölüm olmayıb”.
Bildirək ki, Meşginşəhr ustan və hətta ölkə üzrə başlıca korona ocağı sayılır. Əkbər Səmədi bildirib ki, “əhalinin Sağlamlıq Şurasının göstərişlərinə qulaq asması vəziyyəti dəyişib. Bununla koronavirusun ikinci dalğası önlənib. Əhaliyə bu səbəbdən təşəkkür edirəm!” – deyə, o, əlavə edib.Meşginşəhər fərmandarı sözlərinin sonunda bank, dövlət idarələri və qurumlarından, habelə ticarət müctəmələrin başçılarından sağlamlıq göstərişlərinə riayət etmələrini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button