İran

Metallurgiya zavodunun işçiləri tətilə başlayıblar

İsfahan Metallurgiya Zavodunun minlərlə işçisi tətilə çıxıb və etiraz aksiyası keçirib.

Zavodun müxtəlif sektorlarının işçiləri tələblərinə baxılmadığına görə bu gün dekabrın 2-si tətilə başlayıblar. Bu barədə İran Fəhlələri Müstəqil Həmkarlar İttifaqı bildirib.

Məlumata istinadən, onlar zavodun sahəsində nümayiş keçirəndən sonra zavodun müdiriyyəti yerləşən Tövhid Binasının qarşısında toplaşıblar.

Paylaşılmış videolarda əks olunur ki, onlar “batonlu çevik alay artıq təsirsizdir” şüarı səsləndiriblər.

Zavodun işçiləri məişətlərinin acınacaqlı və əmək haqlarının çox az olduğuna etiraz edərək maaşlarının artırılması və sair tələblər irəli sürüblər.

İttifaqın bildirməsinə istinadən, “cəmiyyətin müdiriyyətinin və mühafizəsinin cəhdlərinə baxmayaraq” səhər, gecə və axşam növbəsində işləyənlər tətilə başlayıblar.

Xatırladaq ki, İsfahan şəhəri Metallurgiya Zavodu Qapalı Səhmdar Cəmiyyətinin işçiləri ötən həftə aclıq aksiyası elan edərək, Cəmiyyətin qidalarını qəbul etməkdən imtina ediblər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button