İran

Mi̇lli̇ fəal Abbas Li̇sani̇ məzuni̇yyətə buraxılmayıb

Abbas Lisaninin ailəsi fəalın mürəxəsiyə buraxılması üçün ərizəni və vəsiqə sənədini janviənin 7-də Ərdəbil zindanına təqdim edib. Ancaq məhkəmə qərarı icra edilməyib və azərbaycanlı fəal hələ də zindanda saxlanılır. Abbas Lisani adına teleqram kanalının məlumatına görə, zindan rəhbərliyi qərarın icrasının təxirə salınmasının səbəblərini açıqlamayıb. Bildirək ki, janviənin 6-da Ərdəbil ustanının dadsitanı Seyid Abdullah Təbatəbayi fəalın ailəsinin təqdim etdiyi 800 milyon tümən dəyərində vəsiqənin qəbulu ilə bağlı tapşırıq verib. Qeyd edək ki, novambrın 30-da Ərdəbil zindanında cəza çəkən bir sıra məhkumlar ailələri ilə telefon təmasında zindanda koronavirusun yayılması ilə bağlı xəbər veriblər. Məhkumların ailələri, insan haqları fəalları bu duruma etiraz ediblər. Desambrın 7-də Ərdəbil Zindanları Baş İdarəsinin rəisi hökümət xəbər ajanslarına verdiyi müsahibədə Ərdəbil zindanında koronavirusun yayılması xəbərini təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button