Azərbaycanİran

Mi̇lli̇ fəal Ruzbeh Pi̇ri̇ Təbri̇z prokurorluğuna çağırılıb

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri Təbriz dadsitanlığına çağırılıb. Məlumata görə, o, qardaşı Yaşar Pirinin tutuqlanması və basqılara məruz qalması ilə bağlı məlumat yaydığı üçün ittiham edilib. Bununla da milli fəal avrilin 3-də Təbriz şəhərinin Ümumi və İnqilab dadsitanlığının 16-cı şöbəsinə çağırılıb. Fəal barəsində “sistemə qarşı təbliğat aparmaq” və “yalan məlumatlar yaymaq” ittihamları irəli sürülüb. Ruzbeh Piri 80 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.

Qeyd edək ki, Yaşar Piri fevriyyənin 21-də şəxsi geyimli məmurlar tərəfindən saxlanılıb. O, həbsdə fiziki zorakılıq və işgəncələrə məruz qalıb. Sağlamlığı ağırlaşan fəal tutuqlandıqdan 3 gün sonra 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb və Təbrizin “İmam Riza” mərizxanasına yerləşdirilib. Onun qardaşı Ruzbeh Piri bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button