İran

Mərkəzi əyalətdə koronavirusla bağlı son vəziyyət

Mərkəzi əyalətdə koronavirusla bağlı son vəziyyət açıqlanıb. Məsələ ilə bağlı Əyalətin Korona Mərizliklərini İdarəetmə Qərargahından məlumat verilib. Hazırda vəziyyətin təhlükəli həddə çatdığı və virusa yoluxma amarında artım olduğu bildirilib. Bəzi şəhərlərdə isə durum qırmızıdır. Fərvərdinin ilk həftəsində koronavirus mərizlərinin sayının ötən həftələrlə müqayisədə 3 dəfə artdığı vurğulanıb. Qeyd edilib ki, ölüm sayındakı artım isə olduqca yüksəkdir. Ərakda da vəziyyət ağır olaraq qalır. Özəlliklə insanların sağlıq protokollarına düzgün riayət etməməsi koronavirusa yoluxma göstəricilərində kəskin artıma səbəb olub. Qərargah vəziyyətlə bağlı xəbərdarlıq edərək, əhalini virusla mübarizədə diqqətli olmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button