İran

Mi̇lli̇ fəal Si̇yamək Mi̇rzayi̇ məzuni̇yyətə buraxılıb

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış yazıçı, şair, siyasi məhbus Siyamək Mirzayi mey ayının 19-da 5 günlük mürəxəsiyə buraxılıb. Fəala bacısının vəfatından 3 gün sonra 300 milyon tümənlik vəsiqə qarşılığında mürəxəsi icazəsi verilib.

Qeyd edək ki, Mirzayi 2020-ci il desambrın 28-də Ərdəbil şəhərində əmniyyət məmurları tərəfindən saxlanılıb və həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkməsi üçün Tehrana göndərilib. Azərbaycanlı fəal 2016-ci il culayın 13-də Muğanın Qoçqışlağı şəhərində cəlb hökmü təqdim edilmədən əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb və Tehranın Evin həbsxanasına aparılıb. Aylarla həbsxananın infiradi sellulunda saxlanılan fəala işgəncə verilib. O, Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli əmniyyət əleyhinə fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbsə məhkum edilib. Bundan başqa, fəala 2 il Təbəs şəhərinə sürgün cəzası verilib. Təcdidnəzər məhkəməsində isə hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə dəyişdirilib və birinci həbsini bitirdikdən sonra dərhal sürgünlüyə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button