İran

Mi̇lli̇ fəal Tohi̇d Əmi̇r Əmi̇ni̇ Evi̇n həbsxanasına qayıdıb

20 günlük mürəxəsi müddəti bitdikdən sonra azərbaycanlı fəal Tohid Əmir Əmini Evin Zindanına qayıdıb.

Xatırladaq ki, Tohid Əmir Əmini Qəzaiyyə Qüvvəsinin Şərtlərə Malik Zindanilərin Mürəxəsiyə Göndərilməsi Bəxşnaməsi ilə Orucluq ayında 350 milyon tümənlik vəsiqə qarşılığında 20 günlük mürəxəsiyə buraxılıb. Tohid Əmir Əmini və Kiyanuş Əslani mürəxəsiyə göndəriləndən sonra bir qrup azərbaycanlı fəal onlarla görüşüb. Tohid Əmir Əmini fəallarla görüşündə tutuqlanması, sorğuya çəkilməsi, eləcə də Evin Zindanının infiradi selluları barədə danışıb. O bildirib ki, “hər bir fərdin cəsarəti, igidliyi, sayıqlığı, iman gücü zindanın dəmir barmaqlıqlarına üstün gəlir, yetər ki, özümüzə və yolumuza inamımız olsun”.

Bildirək ki, Tohid Əmir Əmini 1397-ci ilin 1 isfəndində Tehranın İnqilab Meydanında Dünya Ana Dili Günü münasibətilə yaydığı traketlərə görə Kiyanuş Əslani ilə birgə tutuqlanıb.

Qeyd edək ki, Tohid Əmir Əmini və Kiyanuş Əslani Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində “milli əmniyyəti pozmaq məqsədilə toplaşma və əlbir olma”, “nizama qarşı təbliğatla məşğul olmaq” ittihamları ilə təqsirləndiriliblər. Əmir Əmini birinci ittihamla ilgili 7 il yarım, Kiyanuş Əslani isə 5 ilədək azadlıqdan məhrum edilib. Bundan baqşa, ikinci ittihamla ilgili Əmir Əmini 18 ayadək təziri həbs cəzası alıb. Təcdidnəzər Məhkəməsinin 36-cı Şöbəsinin qa:zısı nizama qarşı təbliğ üzrə Əmir Əminiyə bəraət verib. Bu iki fəal birlikdə 12 il 6 ay zindana məhkum ediliblər.

Tohid Əmir Əmini ötən ilin abanında Evin Zindanında olarkən barəsində çıxarılan hökmün 5 ilə endirildiyini açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button