İran

MİLİ FƏALIN APELLYSİA MƏHKƏMƏSİ

Ulduz Qasiminin pərvəndəsi təcdid-nəzər məhkəməsinə göndərilib.

Dadsitan, Təbriz şəhəri sakini Ulduz Qasimiyə çıxarılmış bəraət hökmünə etiraz edəndən sonra onun pərvəndəsi, təcdidnəzər məhkəməsinin 2-ci şöbəsinə qaytarılıb.

Dadsitan, Keyfəri Qanunun 433-cü maddəsinin “Pe” bəndinə əsasən bəraət hökmünün çıxarıldığına görə, rəyin qanuna uyğun olmadığını və ya cəzanın mütənasib olmadığı səbəbindən birinci məhkəmədə çıxarılan hökmə yenidən baxılması haqqı vardır.

Azərbaycanlı mədəni fəal Ulduz Qasimi Təbriz şəhəri İkinci Keyfəri Məhkəməsinin 111-ci şöbəsi tərəfindən “qanunsuz toplaşmada iştirak yolu ilə adi olmayan davranışların edilməsi, ümumi nəzmdə pozuntuya gətirib çıxaran hay-küy törədilməsi, əhalinin işlə məşqulluğunun qarşısını almaq və əmniyyəti pozmaq” ittihamı üzrə təbraət verilmişdir.

Bildirək ki, xanım Qasimi Mordad ayının 2-si əmniyyət məmurları tərəfindən tutuqlanıb və həmən ayın 6-sı 100 milyon tümənlik vəsiqə ilə pərvəndəyə baxılması mərhələsi bitənədək Təbrizin Mərkəzi zindanından azad edilmişdir.

 

Related Articles

Bir cavab yazın

Back to top button