İran

Keniyada İranın İsrailə qarşı terror planının qarşısı alınıb

Keniyada İsrailin mənafeyinə qarşı terror hücumu planlaşdıran İran casusları tutulub.

Bu barədə Keniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Keniyanın əmniyət gücləri dəfələrlə bu ölkəyə ticarət adı ilə gələn Ettelaat məmuru Məhəmməd Səid Qolabidən şübhələnərək onu izləyiblər.

Aparılan araşdırmalar və izləmə nəticəsində onun Keniyada İsrailə bağlı hədəflərə qarşı terror hücumu həyata keçirmək planının olduğu üzə çıxıb.

Bildirilir ki, Məhəmməd Səid Qolabi məlumat toplamaq və gələcək teror hücumlarını həyata keçirə bilməkdən ötrü İsrailə bağlı hədəfləri bəlli etmək üçün dəfələrlə Keniyaya səfər edib.

Keniya yetkililəri bildirirlər ki, İranın bu ölkədə müxtəlif teror hücumlarında, özəlliklə İsraillə bağlı hədəflərə qarşı hücumlarda əlinin olması ilə bağlı sübutlar var.

Məlumatda Qolabinin həbs edilib- edilməməsi ilə bağlı ayrıntıllar açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button