Azərbaycanİran

Millət vəkili: “Urmu gölünün bərpasına ayrılan pullar təyinatı üzrə xərclənməyib”

Urmu Gölünün Bərpası Qərargahının Yoxlanılma Qurumunun sədr müavini Cəlal Mahmudzadə gölün bərpasına ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini bildirib.

Soyuqbulaq (Mahabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Urmu gölünün bərpasına xərclənməli olan vəsaitlə Qərbi, Şərqi Azərbaycan və Kürdüsta əyalətlərinin bələdiyyələrinə avtomobillər alındığı və işçilərin əmək haqlarının ödənildiyini deyib.

C.Mahmudzadə son 9 ildə bərpa işləri üçün daxili və beynəlxalq qurumlardan 18 trilyon tümən vəsait ayrıldığını, bunun qarşılığında gölün acınacaqlı durumunun dahada şiddətləndiyini söyləyib.

O, ekoloji problemin həlli ilə məşğul olan bir sıra şirkətlərin ailə şirkətləri olduğunu, bir sıra əlaqədar qurumlarla birlikdə illər boyu vəzifələrini yerinə yetirmək əvəzinə gölün bərpası üçün ayrılan pullardan qidalandıqlarını bildirib.

Qeyd edək ki, bir neçə həftə bundan öncə Cəlal Mahmudzadə məsələ ilə balı verdiyi açıqlamada Urmu gölünə ayrılan büdcənin seçki kampaniyasına xərcləndiyini demişdi.

İbrahim Rəisi hökuməti dövründə Urmu gölünün bərpası üçün heç bir vəsait ayrılmayıb. Urmu gölünün Bərpa Qərargahı bir sıra siyasi şəxslər və qruplar üçün arxa həyət rolunu oynayıb və gölün bərpası üçün ayrılan büdcə seçki kampaniyasına xərclənib”-deyə, Mahmudzadə bildirmişdi.

Ekspertlərin dediyi kimi, Urmu gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub.

Bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button