İran

Millət vəkili: “Xatəmi indiki vəziyyətə görə məsuliyyət daşımalıdır”

Urmu əhalisinin Məclisdəki nümayəndəsi Vəhid Calalzadə Məhəmməd Xatəminin indiki vəziyyətə görə məsuliyyət daşımalı olduğunu deyib. O, xalqın İslahat Dövlətinin rəisi Məhəmməd Xatəminin üzr diləməsi ilə əsla razılaşmadığını bildirib. Millət vəkili deyib ki, camiənin iqtisadi və məişət durumu ilə əlaqədar keçmiş prezident Seyid Məhəmməd Xatəmi xalqın müşküllərinə cavabdeh olmalıdır.
“İslami inqilabdan sonrakı dövlətlərin çoxunda islahatçılar, o cümlədən Xatəmi və dostları dövlət başında olub. İndi olardan biri Həsən Ruhanidir. Onun prezidentliyi dövründə xalqın yaşam şəraiti çox çətinləşib. Buna görə də, Seyid Məhəmməd Xatəmi Ruhanini himayət etməsinə cavabdeh olmalıdır”, – deyə Vəhid Calalzadə vurğulayıb. Millət vəkili mövcud durumun çətinləşməsinin “BƏRCAM”la ilgili olduğunu da diqqətə çatdırıb.
“Biz və xalqımız indi “BƏRCAM”ın uğursuz olduğunu bilirik. Bu müşkülün başlıca səbəbi Qərbə etimadın göstərilməsidir. Seyid Məhəmməd Xatəmi xalqı elə bir yönə çevirmək istəyir ki, Həsən Ruhani kimi biri 1400-cü ildə yenidən dövlətə başçılıq etsin”, – deyə Vəhid Calalzadə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button