Dünyaİran

Trüdo: “Kanada “Boeing 737-800” ilə bağlı İrandan ədalət gözləyir”

Kanadanın Baş vəziri Castin Trüdo bildirib ki, ölkəsi “Boeing 737-800” ilə bağlı İrandan ədalət gözləyir. Baş vəzirin sözlərinə görə, Kanada vurulan Ukrayn uçağı ilə ilgili İranın cavabdehlik daşıması üçün bütün çalışmaları davam etdirəcək.
“Biz İranı törətdiyi əməllərinə görə cavabdeh etmək üçün çabalarımızı davam etdirəcəyik. Həqiqət və ədalətin gerçəkləşməsi ilə bu dəhşətli faciəyə görə cavabdeh olan insanlar tam məsuliyyət daşıyacaqlar. Hər şeydən öncə qurbanların ailələrini dəstəkləməyə davam etməliyik. Bu dəhşətli faciənin səbəbini, necə baş verdiyini tapmaq üçün İranın bütün məsuliyyəti öz üzərinə götürməsini təmin etmək məqsədilə verdiyimiz sözü yerinə yetirməliyik”, – deyə Castin Trüdo dilə gətirib.
Qeyd edək ki, İranın Havaçılıq Təşkilatı “Sepah” tərəfindən iki raketlə vurulmuş Ukrayn uçağı ilə bağlı marsın 17-də rapor yayıb. Sənəddə raketin atılmasında “Sepah”ın pədafənd bölməsinin operatoru təqsirləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button