İran

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxılıb

Azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi mürəxəsiyə buraxılıb. Belə ki, Ərdəbildə yaşayan siyasi məhbus marsın 15-də mürəxəsi hüququndan yararlana bilib. O, bir həftəlik mürəxəsi üçün 50 milyon tümən vəsiqə qarşılığında evə buraxılıb. Əli Vasiqinin qardaşı Riza Vasiqi də marsın 6-da 80 milyon tümən vəsiqə qarşılığında qısa müddətli mürəxəsi haqqından istifadə edib. Riza Vasiqi bir həftəlik mürəxəsi müddəti bitdikdən sonra marsın 14-də zindana qaytarılıb.
Əli Vasiqi qardaşı Rzia Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bəndində saxlanılır. Onlar 2 illik həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, milli fəallar gecə traketləri çap edib yaymaqla “ölkənin milli əmniyyətinə qarşı cinayət törətməyə cəhd” ittihamı ilə təqsirləndirilirlər. Vasiqi qardaşları 2020-ci il juənin 10-da Ərdəbil şəhərindəki iş yerlərində əmniyyət məmurlarının hücumu nəticəsində saxlanılıblar. Tutuqlanarkən onlara qarşı fiziki zorakılıq tətbiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button