![](https://www.aznews.tv/wp-content/uploads/2022/12/illi-f-al-avad-hm-di-ekanl-2-il-h-bs-780x470.jpg)
Xoy şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən verilən qərara əsasən milli fəala “hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “İran rəhbərini təhqir etmək” ittihamına görə isə 16 ay həbs cəzası verilib.
Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan və oktyabrın 18-də təhlükəszilik məmurları tərəfindən həbs edilən milli fəal Cavad Əhmədi Yekanlı dekabrın 2-də 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.