
Davud Şiri bir neçə başqa milli fəalla birlikdə mayın 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Onun nədə ittiham olunduğu barədə açıqlama verilməyib.
Qeyd edək ki, Davud Şiri 19 may 2022-ci ildə qardaşı Əyyub Şiri ilə birgə həbs edilib və 2 iyul tarixində 400 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər.