Azərbaycanİran

Milli fəal Fərhad Pakruh prokurorluğa çağırılıb

Təbrizdə yaşayan milli fəal Fərhad Pakruh Təbrizin Ümumi və İnqilab Prokurorluğunun qərarların icrası üzrə 11-ci bölməsinə çağrılıb.

Çağırış prokurorluğun elektron sistemi vasitəsilə göndərilib.

Çağırışda ondan 10 gün müddətində prokurorluğa getməsi tələb edilib.

Bundan öncə ilkin məhkəmə Fərhad Pakruhu 4 ay həbs cəzasına məhkum edib və həbsdən sonra 2 il müddətinə ölkədən çıxışına qadağa qoymuşdu.

O, “kiber məkanda video və foto yaymaqla hökumət əleyhinə təbliğat”da ittiham olunub.

Pakruh bundan öncə Azərbaycan Milli Hərəkatının tanınmış simalarından olan mühəndis Qulamrza Əmaninin ildönümü mərasiminə qatıldığı üçün saxlanılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button