İran

Milli fəal Kiyanuş Aslani azadlığa buraxıldı

Milli-mədəni fəal Kiyanuş Aslani 2 il 7 ay həbs cəzası çəkdikdən sonra şəhrivərin 22-də Tehranın “Evin” zindanından azad edilib.

Bu, Aslaninin Ali Məhkəmədən pərvəndəsinə yenidən baxılmasını istədikdən sonra baş tutub.

Məhkəmənin 34-cü bölməsi onun barəsində çıxarılan hökmü ləğv edib və pərvəndə qazi Babayinin başçılıq etdiyi Təcdidenəzər Məhkəməsinin 54-cü bölməsinə göndərildikdən sonra milli fəalın 5 illik həbs cəzası 2 ilə endirilib.

Milli fəalın məhkumluq dövrünün 5 ildən 2 ilə endirilməsinə baxmayaraq o, 7 ay artıq həbsdə qalıb.

Bildirək ki, azərbaycanlı fəal Kiyanuş Aslani Tohid Əmir Əmini ilə birlikdə 1 isfənd 1397-də Dünya Ana Dili Günü münasibəti ilə Tehranda keçirilən mitinqdə tutulub.

Mitinqdə traketlər payladıqları üçün İran rejiminin əmniyət qüvvələri tərəfindən tutulan fəallar “milli əmniyəti pozmaq üçün toplaşma və əlbir olma” və “rejimə qarşı təbliğ”də günahlandırılıb, Tehran İnqilab Məhkəməsində mühakimə olunub.

Əmir Əmini 7 il 6 ay, Kiyanuş Aslani isə 5 il həbs cəzasına məhkum olub.

Bundan başqa, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlara üzv olmaq hüququndan məhrum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button