Azərbaycanİran

Milli fəal Mürtəza Pərvin Ərdəbil zindanına köçürülüb

O, noyabrın 3-də həbs edilib.

Ərdəbil şəhərindən olan milli fəal Mürtəza Pərvin noyabrın 5-də təhlekəsizlik təcridxanasından Ərdəbil zindanının 16-cı bölməsinə köçürülüb.

Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsinin hakimi Kamiyar Səlim milli fəala qarşı “təhlükəsizliyi və ictimai asayışı pozmaq üçün toplaşmaq, əlbir olmaq və İslam respublikasına qarşı təbliğat” ittihamı irəli sürüb.

Onun ailəsinin məhkəməyə müraciəsi zamanı müvəqqəti olaraq azadlığa buraxılması üçün 400 milyon tümənlik girov qoyulması barədə qərar çıxarıldığı bildirilib.

Bir neçə gün öncə Ərdəbil təhlükəsizlik idarəsinin əməkdaşları milli fəal Mürtəza Pərvinə zəng edərək onun sözügedən idarəyə getməsini tələb ediblər.

Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini bildirib və ora getməkdən imtina edib.

Oktyabrın 27-də Ərdəbilin təhlükəsizlik idarəsinin əməkdaşları heç bir məhkəmə qərarı olmadan milli fəal Mürtəza Pərvinin ata evində axtarış aparıblar.

Onun özü evdə olmadığına görə, mili fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və kitabları özləri ilə aparıblar, noyabrın 3-də isə Mürtəza Pərvinin bacısının evində həbs ediblər.

Müctəba Pərvin bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb.

O, 44 günlük ikinci Qarabağ müharibəsi dövrü Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında başqa 12 nəfər fəalla birgə həbs edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button