İran

Milli fəal Riza Vasiqi həbsxanaya qayıdıb

Güney azərbaycanın Ərdəbil sakini Milli fəal Riza Vasiqi, mayın 18-də vəsiqə qarşılığında mürəxəsiyə buraxılmışdı.

Azərbaycanın milli hərəkatının fəalı Riza Vasiqi mürəxəsi müddətinin bitməsinə görə xordadın 11-də iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün Ərdəbil həbsxanasına geri dönüb.
Riza və Əli Vasiqi qardaşları 2020-ci il juən ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının cəlb hökmü olmadan basqınları nəticəsində tutuqlanılıb.

Tutuqlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Milli fəallar gecə bultənləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham olunaraq mühakimə olunub və iki il həbsə məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button