Dünya

Mosad: İranın tam qəlbinə sızmışıq

Mosad başqanı Yossi Kohen vida çıxışında İsrailin əmniyət servisinin “İranın ürəyinə” nüfuz edə bildiyini və İranın atom proqramlarını ifşa edərək Tehranın özünə inamını zəiflətdiyini bildirib.
Mosad başqanı bazar ertəsi günü quruma beş illik vəzifəsinin sonunda deyib: “Biz düşmənimiz olan İranın ürəyinə nüfuz etmişik, daim onların bilgilərini topladıq və sirlərini üzə çıxardıq, qürurlarını və özlərinə inamını zəiflətdik”.
Kohen, 2018-ci ildə Tehran yaxınlığındakı bir anbardan İranın atom proqramına aid çox sayda gizli sənədin oğurlanmasında İsrail əmniyət servisinin keçirdiyi əməliyyata toxunaraq deyib ki, bu əməliyyat “İranın nizami-atom proqramının, bu ölkənin nizami alandakı atom qabiliyyəti və başqa yalanlarını bütün dünyaya ifşa etdi”.
İsrailin Baş baxanı Benyamin Netanyahu Yossi Kohenlə vida mərasimində deyib: “bizi məhv etməklə hədələyən ayətullahların rejiminə qarşı hansı işlər gördüyümüzün ayrıntılarına varmaq istəmirəm və bunu edə bilmərəm”.

Related Articles

Bir cavab yazın

Back to top button