Azərbaycanİran

Milli fəal Təbriz həbsxanasına köçürülüb

Təbrizdən olan milli-mədəni fəal İbrahim Əhmədpur dindirildikdən sonra fevralın 28-də təcridxanadan Təbriz həbsxanasına köçürülüb.

Onun müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması üçün 800 milyon tümənlik girov istənildiyi bildirilir.

Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib.

O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib.

Related Articles

Bir cavab yazın

Back to top button