Təbrizdə yaşayan və dekabrın 11-də 21 Azər hərəkatının ildönümü ərəfsində təhlükəsizlik məmurları tərəfindən özünün iş yerində həbs edilən Hüseyn Məhəmmədiyan 6 ay həbs cəzasına məhkum edilib.
O, ailəsi ilə qısa telefon danışığı zamanı Təbriz həbsxanasına köçürüldüyünü bildirib.
Hüseyn Məhəmmədiyana yaxınları ilə görüş icazəsi verilmir.
Milli fəala irəli sürülən ittiham barədə məumat verilməyib.