İran

MƏRİZLƏRİN SAYINDA ARTIM VAR

İranın Behdaşt Vəzirliyinin sözçüsü, ölkədə 1958 yeni koronavirusa tutulmanın səbt olduğunu və dünənədək Covid-19 mərizlərinin sayının 112,725-ə çatdığını açıqlayıb.
Behdaşt Vəzirliyinin sözçüsü Kiyanuş Cahanpur habelə son 24 saatda daha 50 nəfərin öldüyünü bildirib. Beləliklə, İranda koronavirus qurbanlarının ümumi sayı 6 750 nəfərə çatıb.
Xatırladaq ki, mərizlərin sayı öncəki günə nisbət 477 nəfər artıb ki, bu da bəzi ustanlarda mərizliyin kəskinləşdiyini göstərir.
Habelə, İranda bu günədək 629.534 Covid-19 testi keçirilib. Dünən testlərin sayı 615.477-ə çatmışdı.
Cahanpurun sözlərinə görə, mərizlərin ümumi sayından 2735 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onlar xüsusi kontrol altındadırlar.
Behdaşt Vəzirliyinin məlumatına görə, bu günədək 89.428 nəfər bu mərizlikdən sağalıb.
Cahanpur, əl-Əhvaz və Tehran ustanlarında vəziyyətin fərqli olduğunu da vurğulayıb. Əl-Əhvaz ustanında vəziyyət hələ də riskli sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button