Azərbaycanİran

Şərqi Azərbaycanda dərman qıtlığı davam edir

Şərqi Azərbaycan əyalətində uzun aylardı başlayan dərman çatışmazlığı, özlliklə antibiotik və serum qıtlığı davam edir.

Təbriz Tibb Elmləri Universitetinin qida və dərman məsələləri üzrə rektor müavini Müslim Nəcəfi problemi təsdiq edərək bunun aradan qaldırılmasına çalışdıqlarını deyib.

Qeyd edək ki, Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda İranda 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Related Articles

Bir cavab yazın

Back to top button