Bu barədə insan haqları fəalları məlumat yayıb.
Vədud Əsədi “hökumət əleyhinə təbliğat”, “müxalif qruplara üzv olmaq” və “rəhbəri təhqir etmək” ittihamlarına görə 5 il 6 ay azadlıqdan məhrum edilib.
Yaşar Nikru isə “hökumət əleyhinə təbliğat”da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.
Qeyd edək ki, adı çəkilən fəallar fevralın 6-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb, martın 9-da isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst uaxılmışdılar.
Vədud Əsədi və Yaşar Nikru bundan əvvəl də din mədəni fəaliyyətlərinə görə, bir neçə dəfə saxlanılıblar.