İran

MİLLİ FƏALLARA ŞALLAQ CƏZASI VURULDU

Juənin 8-də Urmu məhkəməsinin Hökmləri İcra Edən Bölümündə milli fəallar Əli Əzizi və Elyar Hüseynzadəyə 20 şallaq vurulub.
Urmu 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu il aban etirazlarında iştirak etdiklərinə görə şallaq və 1.5 milyon tümən cərimə cəzası çıxarmışdı.
Fəallar “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişdi. Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşara qarşı çıxarılan cəzalar üç il sınaq müddəti olmaqla şərti hesab edilib.
Təbriz həbsxanasının “əmniyyət” sellulunda saxlanıldığı üçün məhkəmə iclasında iştirak edə bilməyən Əzizi barəsində qiyabi qərar çıxarılmışdı. Milli fəalın təcdid nəzər şikayəti üzrə onun işinə yenidən baxan məhkəmə çıxarılan qərarı olduğu kimi qüvvədə saxlamışdı.
Beynəlxalq təşkilatları şallaq cəzasını insan haqlarının pozulması və işgəncənin bariz nümunəsi olaraq dəyərləndirir. Ərəbistan avril ayından şallaq cəzasını ləğv edib.

Related Articles

Bir cavab yazın

Back to top button