
Güney azərbaycanlı başqa bir milli fəala ittihamından bəraət verilib.
Güney azərbaycanın Batı Vilayətində yaşayan milli-mədəni fəal Əkbər Sadiqiyə, ittihamından Urmunun İnqilab Məhkəməsi 2-ci Şöbəsi tərəfindən bəraət verilib.
Urmunun İslami İnqilab Məhkəməsi 2-ci Şöbəsinin hökmünə görə “Nizama qarşı qurupların xeyrinə təbliğ fəaliyyəti” ittihamı üzrə Sadiqiyə bəraət verilib. Çıxarılmış hökm, Keyfəri Qanunun 380-cı maddəsinin 2-ci təbsirəsinə uyğun olaraq şifahi bildirilib.
Əkbər Sadiqi bir müddət öncə çağırılandan sonra, 1399-cu ilin Mordad ayının 19-u Urmunun İttilaat və Əmniyyət Polisinə gedəndən sonra saxlanılıb və Mordad ayının 20-si 50 milyon tümənlik vəsiqə ilə müvəqqəti və ittihaməna baxılması mərhələ bitənədək azad edilmişdir.