İran

Milli Fəal ittihamından bəraət alıb – video

Güney azərbaycanlı başqa bir milli fəala ittihamından bəraət verilib.

Güney azərbaycanın Batı Vilayətində yaşayan  milli-mədəni fəal Əkbər Sadiqiyə, ittihamından Urmunun İnqilab Məhkəməsi 2-ci Şöbəsi tərəfindən bəraət verilib.

Urmunun İslami İnqilab Məhkəməsi 2-ci Şöbəsinin hökmünə görə “Nizama qarşı qurupların xeyrinə təbliğ fəaliyyəti” ittihamı üzrə Sadiqiyə bəraət verilib. Çıxarılmış hökm, Keyfəri Qanunun 380-cı maddəsinin 2-ci təbsirəsinə uyğun olaraq şifahi bildirilib.

Əkbər Sadiqi bir müddət öncə çağırılandan sonra, 1399-cu ilin Mordad ayının 19-u Urmunun İttilaat və Əmniyyət Polisinə gedəndən sonra saxlanılıb və Mordad ayının 20-si 50 milyon tümənlik vəsiqə ilə müvəqqəti və ittihaməna baxılması mərhələ bitənədək azad edilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button