İran

Ocaq Nejadın Bakıdakı ofisi bağlandı

Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necadın Bakıda fəaliyyət göstərən dəftəri bağlanıb.

Ötən gün günorta saatlarında polis məmurları və başqa uzmanların iştirakı ilə dəftərin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Azərbaycan Daxili İşlər vəzirliyinin Mətbuat İdarəsinin rəisi, polis sərhəngi Ehsan Zahidov bildirib ki, təhlillər nəticəsində bəlli edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“O yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji servis tərəfindən lazımı tədbirlər görülür”.

Related Articles

Bir cavab yazın

Back to top button