Azərbaycan

Milli fəal Şahin Bərzgər cərimələnib

O, Təbrizin Ümumi və İnqilab prokurorluğunun qərarların icrası idarəsində olub.

Bir neçə gün bundan öncə Təbrizin Ümumi və İnqilab prokurorluğunun qərarların icrası idarəsinin 1-ci bölməsinə çağrılan milli fəl və Azərbaycan rəqsi müəllimi Şahin Bərzgər sentyabrın 3-də adı çəkilən idarədə olub və təyin olunan cəriməni ödəyib.

Ötən ilin iyul ayının 24-də Təbrizdə Xuzistan ərəblərina dəstək aksiyasına qatıldığı üçün saxlanılan və “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittiham olunan Şahin Bərzgər 24 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button