İran

Milli fəal Siyamək Mirzayi məzuniyyətə buraxılıb

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış yazıçı, şair, siyasi məhbus Siyamək Mirzayi mey ayının 19-da 5 gün müddətinə mürəxəsiyə buraxılıb. Fəala bacısının vəfatından 3 gün sonra 300 milyon tümənlik girov qarşılığında mürəxəsi icazəsi verilib.
Qeyd edək ki, Mirzayi 2020-ci il desambrın 28-də Ərdəbil şəhərində əmniyyət məmurları tərəfindən saxlanılıb və həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkməsi üçün Tehrana göndərilib. Azərbaycanlı fəal 2016-ci il culayın 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən əmniyyəti qüvvələr tərəfindən tutuqlanıb və Tehranın Evin həbsxanasına aparılıb. Aylarla həbsxananın infiradi sellulunda saxlanılan fəala işgəncə verilib. O, Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli əmniyyət əleyhinə fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbsə məhkum edilib. Bundan başqa, fəala 2 il Təbəs şəhərinə sürgün cəzası verilib. Təcdidnəzər məhkəməsində isə hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəzlənib.

Related Articles

Bir cavab yazın

Back to top button