İran

Milli fəal Siyamək Seyfi bəraət qazanıb

Güney Azərbaycanın Xiyo şəhərindən olan milli-mədəni fəal Siyamək Seyfi bu dünən juənin 27-də aldığı bildirş vasitəsilə “ictimai asayişi pozmaq üçün əlbir olmaq” ittihamına görə barəsində verilən 2 illik həbs qərarının ləğv olunduğundan xəbər tutub.

İlkin məhkəmənin qərarından şikayət verdiyinə görə, milli fəalla barəsində çıxarılan iki illik həbs cəzasından bəraət verilib.
Bundan öncə qa:zi Fəramərz Məhəmmədzadə Param, 20 mey tarixində Siyamək Seyfi barəsindəki qərarı əsasında hazırlanan bildirişdə yazılımışdı:
“İctimai asayişi pozmaq üçün əlbir olmaq ittihamı ilə bağlı Meşkin dadistanı və İnqilab Məhkəməsinin iddianaməsinə, İttilaat və təhlükəsizlik idarəsinin quzarişinə, müttəhəmin telefonunda “instagram” və “telegram” ictimai şəbəkələrində fəaliyyətinə dair əldə edilən məlumata əsaslanaraq, öncədən imeyl vasitəsi ilə bildirilməsinə baxmayaraq məhkəmə iclasına qatılmadığına görə, müttəhəmin İslami Cəza Qanununun 61-ci maddəsinə əsasən Siyamək Seyfinin iki il həbsinə qərar verilir.
Öncədən saxlanıldığı günlər həbs müddətindən azaldılacaq”.
Siyamək Seyfi başqa milli fəal Aydın Zakiri ilə birlikdə 18 oktobr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağın azad edilmə əməliyyatlarına dəstək və İran hökumətinin Ermənistana nizami, tekniki və locistik yardımlarına qarşı keçirilən etirazlarda iştirak etdiklərinə görə saxlanılmışdılar.
Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılanıb.
Etirazlarda iştirak edən yüzlərlə güneyli fəal tutulb, işkəncə olaraq basqılara məqruz qalıb.
Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gün də davam edir.

Leave a Reply

Back to top button