İran

Milli fəal Urmu kəşfiyyatında saxlanılır

Tanınmış güneyli fəal və musiqiçi Abbas Nikrəvan Urmunun İttilaat İdarəsidə saxlanılır

Qərbi Azərbaycan əyalətinin Salmas şəhər məhkəməsinin məsulları septambrın 7-də İttilaat İdarəsi ilə məhkəməyə müraciət edən Abbas Nikrəvanın ailəsinə kəskineləcə də təhqiredici şəkildə onun Urmunun İttilaat İdarəsinin infiradisində saclanıldığını bildiriblər.

Aldığımız son bilgilərə görə, Nikrəvanın oğlu deyib ki, o, atasının vəziyyəti barədə məlumat almaq üçün Dadsetanlığa müraciət etdikdən sonra şəhər fərmandarisinə gedib və şəhər başçısı Əliəkbər Əsgəri Dadistanla danışdıqdan, Salmas şəhər Dadistanı Naser Abbasi, əmniyət orqanlarının işinə qarışa bilmədiklərini və Nikrəvanın çox güman ki bir həftə ittilaat İdarəsində saxlanılacağını bildirib.

Daha sonra azərbaycanlı fəal ailəsi ilə qısa telefon danışığında Urmunun İttilaat İdarəsinin ba:zdaşqahında olduğunu deyib.

Nikrəvanın sağlamlıq vəziyyətindən və ona qarşı irəli sürülən ittihamın səbəblərindən xəbərsiz olması son günlər ailəsinin narahatlığını daha da artırıb.

Azərbaycanlı fəal septambrın 5 -də Salmasda əmniyət qüvvələri tərəfindən həbs edilib.

Nikrəvan mədəni fəaliyyətinə görə əvvəllər bir neçə dəfə tutularaq həbs cəzasına məhkum edilib.

O, 5 juiyə 2018-ci il tarixdə də Babək qalasına yürüşlə bağlı keçirilən mərasimdə tutulub və təxminən bir həftə sonra vəsiqə qarşılığında azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button