İran

Milli fəal Yusif Kari aclıq aksiyasını davam etdirir

Güney Azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil zindanının məsullarından dey ayının 27-ə kimi qərəntinədən öz bəndinə köçürülməsini istəyib. Tərsinə olarsa keçirməkdə olduğu aclıqla yanaşı quru etisaba da başlayacağını bildirib. Bu barədə fəalın qohumlarına onunla eyni bənddə saxlanılan zindanilər bilgi veriblər. Yusif Kari etisabın nəticələri ilə bağlı məhkəmə məsulları, zindanın rəisi və nəzarətçisi dadyarın məsuliyyət daşıdığını vurğulayıb. Bildirək ki, fəal dey ayının 22-də müalicə mürəxəsisi ilə bağlı zindan məsullarına ərizə yazıb. Zindanın dadyarı Sepehri fəalı öz dəftərinə çağırıb. O, siyasi fəallara qarşı təhqiedici ifadələr işlədib və onların hüquqlarını tanımadığını deyib. Kari Sepehrinin tohin və təhqirləri, habelə zindanın 8-ci bəndinə köçürülməsi səsəbilə 1399-cu ilin 25 deyindən aclıq etisabına başlayıb.
Vurğulayaq ki, 8-ci bənddə əsasən təhlükəli cürmlər törətmiş məhbuslar saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button