Azərbaycanİran

Milli fəala həbs cəzası verildi

Tehranda yaşayan milli fəal Əli Rəzizadə Nadarlı həbs cəzasına məhkum edilib.

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsinin çıxardığı qərara görə, fəal iki il müddətinə azadlıqdan məhrum edilib.

Bununla yanaşı həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

O, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilib.

Əli Rəzizadə Nadarlıya sqarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz GAMAC təşkilatını, separatçı düşüncələri, Abbas Lisani, Lətif Həsəni, İbrahim Nuri və b… dəstəkləyib.

Qərarda Əli Rəzizadə Nadarlının barəsində çıxarılan hökmdən 20 gün ərzində Tehran Apellyasiya Məhkəməsinə şikayət verə biləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button