Azərbaycanİran

Milli fəala həbs cəzası verildi

Tehranın Pərdis rayonunun İnqilab Məhkəməsi azərbaycanlı mədəni fəal Əfşin Nəzirinin 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Ə.Nəziri “hökumətə qarşı təbliğat”, “rəhbəri təhqir etmək” və “ölkədə milli təhlükəsizliyə zərbə vurmaq istəyən qruplara üzv olmaq”da günahlandırılıb.

Mədəni fəal 27 avqust 2023-cü ildə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülmüş, 12 gün dindirildikdən sonra 800 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button