İran

Milli fəala qarşı amansız münasibət

Milli fəal Cəfər Süleymanzadə İttilat idarəsinə çağırılaraq təhdid edilib. Bu barədə fəalın yaxınları bilgi verib. Məlumata görə, Bünabın İntizamü qüvvəsi ittilaatı fəala zəng edərək polis bölməsinə müraciət etməsini istəyib. Hadisənin mordadın 17-də baş verdiyi deyilir. Polis məmurları fəalın müraciəti ilə ilgili heç bir məlumat verməyib. Ancaq o, müraciət etmədiyi təqdirdə gəlib evindən tutuqlanacağı ilə ilgili hədələnib.
Cəfər Süleymanzadənin müraciətindən sonra onun telefonunu təhvil verməsini istəyiblər. Fəalın telefonu yanında olmadığından polislər onu tutuqlayaraq evində axtarış aparıblar. Bundan sonra telefonu tapa bilməyən polislər fəalı yenidən polis bölməsinə qaytarıblar.
Daha sonra fəalın tutuqlamasına tətil günündə dostları ilə bir yerə getməsinin səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, iqtisadi çatışmazlıqların davam etməsi xalq arasında bir çox narazılığa səbəb olub. Bununla da vəziyyətin təhlükəli olduğunu duyan hakimiyyət bir neçə nəfərin bir yerə toplaşmaması üçün insanların gediş-gəlişinə belə maneələr törədir.
Bildirək ki, Cəfər Süleymanzadənin bir neçə saat saxlanıldığı müddətdə polisin tohin və təhqirlərinə məruz qaldığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button