İran

Məhərrəmlik mərasimləri koronavirusa yoluxmanı artıracaq

Sağlıq Vizarətxanasının Məhərrəm ayına özəl nəzərdə tutduğu protokollar virusun yayılmasının qarşısını almayacaq. Bu sözləri İranın Koronavirusla Mübarizə Sitadının Üzvü Minu Mohrəz deyib. Bildirilib ki, koronavirusun bulaşma gücü 10 qat çoxalıb. “Maskla virusun yayılmasının qabağını almaq olmaz. Əzadarlıq mərasimində ağlıyır və göz yaşı töküb tərliyirlər. O zaman Mask islanacaq. İslanan mask da bir işə yaramaz. Məhərrəmlik mərasimləri normal bir mərasim deyil. Belə ki, ictimayi məsafəni saxlamaqla bu mərasimi yerinə yetirmək olmaz” deyə o, bildirib. Mohrəzinin sözlərinə görə, millət bu mərasimlərə getmə xətəri haqqında bilgiləndirilməlidir. İnsanlar mümkün qədər evdə qalmalı, əzadarlıq dəstələri və nəzir səflərinə getməkdən çəkinməlidir.
“Ölkənin normallaşması üçün nəzərə alınan tədbirlər yaxşı icra edilməyib. Hələ də millətin bir çoxu mask taxmır. Bir çox bimaristanların ICU bölümü dolub..
İran dövlətinin epidemi ilə bağlı aldığı tədbirlərin tez qaldırılması və millətin lazımi tədbirləri almaması mərizliyin təkrar çoxalmasına səbəb olub. Dövlət hər türlü mərasimi yasaq edib, ancaq Məhərrəm əzadarlıqlarına izin verib” deyə o əlavə edib. Məlumata görə, bir neçə doktor elmiyyə hozələrdəki Şiə dini mərcələrinə məktub yazıb. Məktubda bu il üçün Məhərrəm ayı mərasimlərinin xətərləri haqqında hüşdar verilərək yasaqlanması istənilib. Doktorlar heç bir dövlət orqanının milyonlarca məhərrəm əzadarına nəzarət edə bilməyəcəyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button