İran

Milli fəalın talei bəlli deyi

Güney azərbaycanlı milli fəaldan 20 gündür ki xəbər yoxdur

Gilan əyalətinin mərkəzi Rəşt şəhrində yaşayan Azərbaycan milli hərəkatının tanınmış fəalı mühəndis Vədud Əsədinin qanunsuz həbsindən 20 gün ötür.

ANT-ə gələn bilgilərə görə, milli fəal abanın 8-də həbs olunub və 12 gün sonra yalnız qısa bir telefon danışığında Rəştin mərkəzi İttilaat idarəsində saxlanıldığını bildirib.

Qeyd edək ki, Fəalın ailəsi abanın 15-də Rəştin 16 saylı Ümumi və İnqilab məhkəməsinə müraciət edərək onun müvəqqəti azadlığına 170 milyon tümənlik vəsiqə qoymağa hazırlıqlarını elan ediblər, amma sözü gedən şöbənin başqanı onun azadlığına qarş çıxıb.

Artırmalıyıq ki, abanın 17-də vədud əsədi ilə başqa siyasi zindanilərimizdən himayət üçün bir sıra şəhərlərdə divarb yazıları ilə pusterlər paylaşılıb.

Related Articles

Bir cavab yazın

Back to top button