Azərbaycanİran

Güneyli müəllim və ictimai fəal həbsxanaya qaytarıldı

Tehran Müəllimlər İttifaqının üzvü, İran Təhsil İşçiləri Həmkarlar İttifaqının Koordinasiya Şurasının müfəttişi və Ana dilində təhsil hüququnun müdafiəçisi, müəllim Cəfər İbrahimi Tehranın Evin həbsxanasına qaytarılıb.

O, universitetdə doktoranturaya qəbul imtahanında iştirak etmək üçün edilən çox saylı müraciətlərdən sonra buraxılmışdı.

Qeyd edək ki, Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button