Azərbaycan

Milli fəallar tibbi məzuniyyətə buraxılmış Abbas Lisani ilə görüşüb

Fevralın 13-də saxlanıldığı Ərdəbil həbsxanasından tibbi məzuniyyətə buraxılan Milli Hərəkatın əsas simalarından biri, siyasi məhbus Abbas Lisani bu gün milli-siyasi fəallarla görüşü

Grüşdə milli fəallar onun sağlıq durumu ilə maraqlanıb, Güney Azərbaycanda, bütövlükdə ölkədə baş verən ictimai-siyasi proseslərdən danışılıb.

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.

gun az article

Bir 2 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 7 nəfər, saqqal, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və oturan insanlar şəkili ola bilər

Related Articles

Bir cavab yazın

Back to top button