İran

Milli fəllar siyasi məhbusların durumu ilə bağlı bəyanat yayıblar

Güney Azərbaycanın bir sıra milli fəalları azərbaycanlı siyasi məhbusların vəziyyəti və xalqın tələbləri barədə bəyaniyyə paylayıblar. Bəyaniyyədə deyilir: “Biz Təbrizdə yaşayan Güney Azərbaycanın bir sıra milli fəalları olaraq Tehran hakimiyyətinə xəbərdarlıq edirik ki, gec olmadan Güney Azərbaycan xalqına və coğrafiyasına qarşı qərəzli siyasətlərini dayandırsınlar. Güney Azərbaycan xalqının qanuni hüquqlarının gerçəkləşdirilməsi yönündə tədbirlər görərək şərait yaratsınlar. Əks halda Güney Azərbaycan Türk Xalqı adında yeni oyanmış əjdaha ilə qarşılaşaraq tarixə qovuşacaqsınız. Tehran hakimiyyəti yubatmadan və qeyd-şərtsiz aşağıdakı tələblərimizi yerinə yetirməlidir:

1. Güney Azərbaycanın bütün siyasi məhbuslarının bu koronavirus şəraitində tezliklə azadlığa buraxılması;
2. Güney Azərbaycan türk xalqı üçün öz müqəddəratını təyin etmə hüququnun tanınması və bu barədə qanunun tətbiqi;
Vurğulayaq ki, Güney Azərbaycanın siyasi məhbusları, o cümlədən cənab Lətif Həsəni, Abbas Lisani, Əlirza Fərşi və Yusif Kari zindanda koronavirusun kəskin yayıldığı bir şəraitdə məhbusdurlar. İran rejimi onlara mürəxəssi vermir.
Həmçinin məlumatlara görə, cənab Abbas Lisani və Yusif Kari mərizlik səbəbindən Ərdəbil zindanın behdari bölməsinə yerləşdiriliblər”.

Related Articles

Bir cavab yazın

Back to top button