Dünya

Türkiyədə koronavirus daha 235 nəfərin ölümünə səbəb oldu

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 235 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazirin sözlərinə görə, 32 102 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 16 881, virusa yoluxanların sayı isə 1 898 447 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 661 191 pasiyent sağalaraq evə buraxılıb.

F.Koca bugünkü ölüm sayının çox olduğunu bildirərək, bunun qarşısını almaq üçün əhalini birgə mübarizəyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button